Cəlilabadda diş polikilinikasında 1000 manatlıq kabinet?!

31-05-2014, 11:42   
Cəlilabadda diş polikilinikasında 1000 manatlıq kabinet?!
Cəlilabad rayonunda yenicə təmirdən çıxmış diş polikilinikasında yeni qaydalar tətbiq olunur. “Xeberinfo.com”: “Cəlilabad rayonunda yeni açılmış diş polikilinikasında kabinet götürmək istəyən həkim 1000 manatından keçməlidir. Bu yenicə təmirdən çıxmış təsərrüfat hesablı diş polikilinikasının baş həkimi Nigar Tacirlinin tətbiq etdiyi qaydadır. Bu vaxta qədər, diş həkimləri evlərində, müxtəlif ünvanlarda kabinet açıb işləyirdilər. İndi isə Nigar xanımın təkidi ilə yeni polikilinikaya gətirilirlər.” Bu sözlər Cəlilabad rayonundan oxucumuzun yenicə təmirdən çıxmış təsərrüfat hesablı diş polikilinikası ilə bağlı verdiyi məlumatdandır. Məlumata görə bu vaxta qədər bu polikilinikanın demək olar ki, adı olub. Uçuq-sökük binada, şəraitsizlikdən burada təsadüfən adam görmək olardı. Bu səbəbdən də həkimlər ayrı-ayrı ünvanlarda fəaliyyət göstərirmiş. İndi isə təmir olunmuş polikilinikaya həkimlər məcburən dönməli və “şirinlik” olaraq baş həkimə 1000 manat verməlidir. Bundan əlavə bütün avadanlığın alınması da həkimin üzərinə düşür.Biz məlumata aydınlıq gətirmək məqsədi ilə baş həkim Nigar Tacirli ilə telefon əlaqəsi yaratdıq. Təəssüf ki, Nigar xanım məsələyə aydınlıq gətirmək əvəzində bizi yazacağımız təqdirdə məhkəməyə verəcəyi ilə hədələdi(?) Olsun. Oxucumuz bizə bu istiqamətdə yeni məlumatlar verəcəyini də bildirdi. Saat 15:00 radələrində özünü Nigar xanımın dostu kimi təqdim edən Təyyar Zülfüqarov adlı birisi redaktorumuzun mobil telefonuna zəng etdi. Dediyinə görə vəkildir. Öncə bir neçə dəqiqə jurnalistikanı polikilinikaya, polikilinikanı jurnalistikaya qatıb qarışdırdı. Daha sonra isə bu yazını saytdan çıxarmağımızı xahiş etdi. Anlaşılmaz xahişinin qəbul edilmədiyini gördükdə isə baş redaktorumuzu şantaj etməyə başladı. Hələlik vəkil Zülfüqarovun şantaj menyusunda hansı sözlərin yer almasını yazmırıq. Zatən bizim məqsədimiz, özünü hüquqşünas sayıb hüquqdan başqa hər şeydən başı çıxan birisi ilə uğraşmaq deyil.Bir neçə dəqiqə sonra isə baş həkim Nigar Tacirli redaktormuzla telefon danışığında məlumata münasibətini açıqladı:" Bizim polikilinika cəmi 9 otaqdan ibarətdir. Bir neçə həkim yoldaşlarla birgə vəsait qoyub, binanı təmir etmişik. Cəmi üç gündür ki, polikilinikamız açılıb. İndi təmir prosesindən kənarda qalan həkimlər ağıllarına gələni uydururlar, mən heç kimə kabinet satmıram, bu məlumat yalandır."
Mövzunun davamı ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.