Nizami Sadıqovun oğlunun dəbdəbəli həyatı

31-05-2014, 12:28   
Nizami Sadıqovun oğlunun dəbdəbəli həyatı
Azərbaycanın Litvadakı səfirinin 1-ci katibi və paytaxt Riqadakı konsulumuz Nicat Sadıqovun sosial şəbəkə istifadəçisi kimi paylaşdıqları ciddi müzakirələrə səbəb olub. Axar.az xəbər verir ki, dəbdəbəli həyat tərzi sürdüyünü sosial mediada reklam edən konsulun bir diplomat kimi bu hərəkətləri Litva siyasi dairələrində müzakirə predmetidir və artıq bu narazılıq Azərbaycana da yetişib.
Nicat Sadıqov kimdir və nələr paylaşır?
Məlumat üçün bildirək ki, Nicat Sadıqov Ağdam rayonunun az öncə işdən çıxarılan icra başçısı Nizami Sadıqovun oğludur. Onu diqqət mərkəzinə gətirən və sosial mediada paylaşımlarına görə təəccüb yaradan da həm də bu faktdır. Diplomat N.Sadıqov Riqadakı olduqca bahalı gecə klublarından sayılan "İlluZion” restoranının daimi müştərisi kimi təqdim edilir.
Klubun rəsmi saytında da konsulumuz Nicat Sadıqovun daimi və VİP müştəri olduğu əks olunub və onun fotoları saytda yerləşdirilib


Bahalı avtomobillər
Azərbaycanın Riqadakı konsulu Nicat Sadıqovun sosial şəbəkədə paylaşdığı "Porşe Kayen Turbo” avtomibilinin 85 min manat qiyməti var. Maşının üzərində diplomatik nömrə asılıb. Bahalı "Porşe”nin N.Sadıqova dövlət tərəfindən xidməti avtomobil kimi verilib-verilmədiyinə və yazıdakı digər nüanslara aydınlıq gətirmək üçün Azərbaycan Xarici İşlər Naziriyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
XİN niyə cavabı gecikdirir?
Azərbaycan diplomatının sosial şəbəkədə aktivliyi çox uğurlu bir addımdır və yeni medianın imkanlarından maksimum istifadə dövlətimizin seçdiyi xarici siyasət strategiyasının tərkib hissəsidir. Ancaq Azərbaycanın Riqada siması olası diplomatımız N.Sadıqovun sosial şəbəkədəki səhifəsində diplomatlar, səfirlərlərlə deyil, bahalı avtomobillərdəki və restoranlardakı fotolarını yerləşdirməsi, virtual dostluğunun dəbdəbəli və "müasir” həyat yaşayan gənclərdən, izləyənlərinin isə büsbütün gənc xanımlardan ibarət olması əlbəttə ki, başadüşülən deyil.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə skrinlər də daxil olmaqla, bütün fotofaktlar göndərilsə də, hörmətli Elman Abdullayev tərəfindən vəd olunan rəsmi açıqlamanı gün ərzində ala bilmədik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.