Prezident Vladimir Putinin Rusiyanın dünyada yenidən supergüc dövlət olması istiqamətində atdığı addımları xalq bütünlüklə dəstəkləyir.
Rusiyanın ictimai araşdırma şirkəti “VTSİOM”un hesabatı dünya gündəmində son dərəcə həssaslıqla qarşılanıb. Hesabatda göstərilir ki, ölkə vətəndaşlarının 82%-i Rusiyanın beynəlxalq aləmdə nüfuzunun atmasından razıdır.
2008-ci ildə bu rəqəm 58%-i göstərirdi. Hesabatda bildirilir ki, vətəndaşların 57%-i xarici siyasətdə Putini dəstəkləyir. 50 yaşdan yuxarı vətəndaşların 28%-i isə xarici siyasətdə daha sərt addımların tərəfdarıdır.
Rusiyanın keçmiş Sovet İttifaqı dövründəki gücünə qayıtmasını istəyənlər 2010-cu ildə 33% təşkil edirdisə, bu gün bu rəqəm 52%-dir. Xalqın 10%-i isə keçmiş Sovet İttifaqının bərpa olunmasının tərəfdarıdır.
Qeyd edək ki, vətəndaşların yalnız 4%-i Putinin siyasətinin əleyhinədir.