İranlı hakerlər ABŞ, İsrail və başqa ölkələrdən olan rəsmilərin adına saxta hesablar açıblar.
Bu barədə məlumatı “Röyter” agentliyi yayıb.
“ISight Partners” təşkilatının agentliyə verdiyi məlumata görə, İranlı hakerlər 3 il ərzində ABŞ, İsrail və başqa ölkələrin rəsmilərinin adına saxta sosial şəbəkə hesabları və xəbər saytı açıblar.
Adı açıqlanmayan qurum rəsmisi əsas hədəf kimi ABŞ donanmasının admirallarının, millət vəkillərinin, ABŞ-ın xarici ölkələrdəki səfirlərinin, xüsusən də Əfqanıstan, Britaniya, İraq, İsrail, Səudiyyə Ərəbistanı və Suriyada olan elçiliklərində çalışan şəxslərin hədəfdə olduğunu açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) iranlı hakerlər tərəfindən 2 mindən artıq rəsmi şəxsin adına saxta hesabın açıldığını təsdiq edib.
Xatırladaq ki, qurum iranlı hakerlərin ilk belə işi olmadığını iddia edir. 2010-cu ildə iranlı hakerlər yaratdıqları “Stuxnet” adlanan kompüter virusu vasitəsi ilə ABŞ və İsrail rəsmilərinin hesablarına hücum etmişdilər.