İyunun 1-dən etibarən Rusiya rublu Krımda və Sevastopolda vahid rəsmi valyuta olub.
Bu barədə Krım İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəsmi saytında bildirilib. Ukrayna qrivnası isə xarici valyuta statusunu alıb.
Bazar günü mağazalarda qiymət cədvəlləri rublla qeyd olunub, şəhərarası və şəhərətrafı nəqliyyatda da ödənişlər sadəcə rublla həyata keçirilib. Yeni tariflər ötən gün yerli hakimiyyət tərəfindən təsdiq edilib.
Həmçinin respublikada maaşlar, pensiyalar, sosial maddi yardımlar, həmçinin mənzil kommunal xidmətlərinin ödəmələri üzrə hesablaşmalar vahid qanuni valyuta olan rublla həyata keçiriləcək