Rusiyanın Murmansk vilayətində göyərtəsində 19 sərnişin olan Mi-8 helikopteri qəzaya uğrayıb.
Məlumata görə, helikopter “SPARK”şirkətinə məxsus olub.
Helikopterin gölə düşdüyü bildirilir.
İlkin məlumata görə, helikopterin göyərtəsindəkilər yerli məmurlar olublar. Sərnişinlər və heyət üzvlərindən cəmi 2 nəfəri sağdır. Qalan 17 nəfərdən xəbər yoxdur.