Ukraynanın müvəqqəti Baş naziri Arseniy Yatsenyuk Rusiyanı beynəlxalq məhkəməyə verəcəklərini açıqlayıb.
Buna səbəb rəsmi Moskvanın Ukraynaya ixrac olunacaq qazın hər min kub metr üçün 268,5 dolları qəbul etməməsidir.
Bu arada Ukrayna ilə yaşanan qaz böhranına toxunan “Qazprom”un Prezidenti Aleksey Miller bu məsələdə Avropa Birliyinin və Amerikanın Rusiyaya təzyiq etdiyini dilə gətirib. Onun sözlərinə görə Ukraynanın təklif etdiyi qiymət Rusiyanı qane etmir: “Ukraynanın təbii qaz alışı ilə bağlı danışıqlara AB və Amerika müdaxilə edir. Bu yolverilməzdir. Ukrayna qaz istəyirsə əvvəlcə ödəniş edilməlidir. Ukraynanən təklif etdiyi min kub metr üçün 268,5 dollar bizi qane etmir”.
Qeyd edək ki, Ukrayna Enerji şirkəti “Naftogaz” isə “Qazproma” 786 milyon dollar ödədiyini bildirir. Qarşı tərəf isə ödənişi hələ təsdiq etmədiklərini, məsələni bazar ertəsi dəqiqləşdirəcəklərini bildirib.
Xatırladaq ki, Rusiya, Ukrayna və AB nümayəndələrinin iştirak edəcəyi Təbii qaz Zirvəsinin ikinci iclası iyunun 2-də keçiriləcək.