Fələstinin Qərb Sahili bölgəsində məhbusların aclıq aksiyasına dəstək nümayiş etdirən fəallarla İsrailin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub.
ANS PRESS-in məlumatına görə, Aruba rayonunda baş tutan aksiyaya 5 mindən çox fəal qatılıb. Fəallar İsrail hökumətinə qarşı azadlıq şüarları səsləndirib, məhbusların sərbəst buraxılmasını tələb ediblər. Aksiya zamanı İsrail hərbi polisi gözyaşardıcı qazlar və səs qumbaraları ilə aksiyanı dağıtmağa çalışıb. Polis ona müqavimət göstərən bir neçə nəfəri həbs edib.
Hazırda İsrail həbsxanalarında haqsız yerə saxlanıldıqlarını iddia edən 240-dan çox məhbus aclıq aksiyası keçirir. Məhbuslar mühakimə olunmadan həbs olunmalarına qarşı etiraz edirlər.
İsrail həbsxanalarında, ümumilikdə, 5 mindən çox insan məhkum həyatı sürür. Həbs olunlanlar anti-İsrail fəaliyyətində ittiham olunurlar.
[media=http://www.youtube.com/watch?v=95RN78BAUBM]