Erməni politoloq: "Müharibə olacaq və Azərbaycan qalib gələcək"

1-06-2014, 12:30   
Erməni politoloq: "Müharibə olacaq və Azərbaycan qalib gələcək"
"Rusiyaya elə gəlir ki, Qarabağ problemi artıq həll olunub. Rusiyadan Dağlıq Qarabağın müstəqilliyini tanımağı gözləmək gülünc olardı. Bu ölkənin əsas məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa məcbur etməkdir". ANS PRESS-in məlumatına görə, bu sözləri erməni politoloq İqor Muradyan Galatv.am-a açıqlamsında deyib.

"Ermənistan Rusiyanın siyasi-iqtisadi blokunun tamhüquqlu üzvü ola bilməyəcək. Bu qurum KTMT kimi yarımçıq qalacaq. Rusiya heç vaxt Daqğlıq Qarabağ münaqişəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyəcək. Ümumiyyətlə bu münaqişə rus düşüncə tərzinə uyğun deyil", - deyə İqor Muradyan bildirib.

O deyib ki, heç şübhəsiz müharibə olacaq. "Müharibə olacağı təqdirdi ABŞ və NATO Ermənistana kömək etməyəcək. Savaşda bizim Rusiyanın timsalında sürüşkən tərəfdaşımız olacaq".

"Ermənistan beynəlxalq təcrid vəziyyətindədir. Bu amil müharibə başlayarsa Azərbaycan və Türkiyə üçün vacib fakt olacaq. Nə vaxta qədər Ermənistan Rusiyadan asılı vəziyyətdə olacaq, o vaxtadək də qoşulduğumuz heç bir müharibədə qalib gələ bilməyəcək", - deyə İqor Muradyan bildirib.

"Əgər Azərbaycan Madrid prinsiplərini qəbul etsə Ermənistan bundan uzum düddət imtina edə bilməyəcək. Bundan sonra hadisələr çox sürətlə cərəyan edəcək. Ermənistan öz prinsiplərini yeridən kiçik kalibrli oliqarxların ölkəsinə çevrilib. Bu isə faciə öncəsi son mərhələdir", - deyə İqor Muradyan fikirlərini yekunlaşdırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.