Hindistanda baş verən şiddətli fırtına nəticəsində 40 nəfər həyatını itirib.
Hindistanın paytaxtı Yeni Dehlidə və şimal bölgələrində elektrikin kəsilməsinə səbəb olan fırtına nəticəsində Uttar Pradeşdə 14, Qərb Benqalda 10, Yeni Delidə 9 və Carkandda 7 nəfər həyatını itirib. Şiddətli yağışdan yaranan fırtına Yeni Delidə maşınların sürüşməsinə, çoxlu sayda ağacın aşmasına və binaların çökməsinə səbəb olub.
Qeyd edilir ki, Uttarakand və Haryana bölgələrində də zaman-zaman şiddətini artıran fırtına çox saylı elektrik xətlərinin kəsilməsinə də səbəb olub.