Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən gün Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib.
Erməni nazir Xankəndində Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçiləri ilə görüşüb.
E. Nalbandyan qondarma Dağlıq Qarabağ “respublikası”nın “prezidenti” Bako Saakyanla görüşü zamanı Ermənistanla separatçı rejim arasında diplomatik əlaqələrin genişləndirilməsi müzakirə edilib.
Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.