Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov sakitliyini pozub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyinat alan Elnur Aslanov 28 may Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.
Yürüş zamanı paytaxtın mərkəzi yollarında hərəkət edən avtomobillərin hərkətəti müvəqqəti olaraq dayandırılıb. Bu zaman Elnur Aslanov yol ilə hərəkət edən Bakı Qarnizonu qoşunlarının nizami yürüşünün şəkilini çəkib və sosial şəbəkədə olan səhifəsində paylaşıb.
Daha sonra E. Aslanov şəkilin yanında “Respublika gününüz mübarək” statusunu yazıb.
Qeyd edək ki, E.Alanovun Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad olunması barədə prezident mart ayının 17-də sərəncam imzalayıb.
Daha sonra Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanova yeni vəzifə verilib. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təyinat alıb.
Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.