Ordumuzun əsgəri yoldaşını bıçaqladı

2-06-2014, 11:00   
Ordumuzun əsgəri yoldaşını bıçaqladı
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.

Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralının hərbçinin vəziyyəti kafi qiymətləndirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.