İranlı general: "Obama boş-boş danışır"

2-06-2014, 11:02   
İranlı general: "Obama boş-boş danışır"
ABŞ tərəfindən İran İslam respublikasına edilən istənilən hücum İsrailin məhvinə gətirib çıxaracaq. ANS PRESS-in məlumatına görə. bunu İran Silahlı Qüvvələri qərargah rəisi müavini, briqada generalı Məsud Cazaeri deyib.

ABŞ prezidenti Barak Obama bir neçə gün əvvəl İranın nüvə proqramına dair mübahisəli məsələlərin hələ də həllini tapmadığını deyib.

O, bildirib ki, mübahisəli məsələlərin həlli üçün Vaşinqton bütün variantları nəzərdən keçirir. B.Obamanın açıqlamasına münasibət bildirən M.Cazaeri ABŞ prezidentinin sözlərini belə dəyərləndirib: “Bu uşaq arzusudur. Bu arzular heç vaxt həyata keçmir”.

General bəyan edib ki, ABŞ-ın İrana qarşı edəcəyi istənilən hücumu bölgədə müharibənin genişlənməsinə və İsrail rejiminin məhvinə səbəb olacaq.

“ABŞ və onun tərəfdarlarının həqiqətən İrana hücum etmək imkanı olsaydı, onlar barbarlar kimi bir saniyə belə fikirləşmədən hərəkətə keçərdilər. Çox qəribədir ki, Obama hələ də utanmadan boş-boş danışır”, Məsud Cazaeri bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.