Cəzaçəkmə müəssisəsinə saxta pul keçirən tutuldu

2-06-2014, 11:05   
Cəzaçəkmə müəssisəsinə saxta pul keçirən tutuldu
Cəzaçəkmə müəssisəsinə saxta pul keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Röyal Rafiq oğlu İmamverdiyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xəyal Rafiq oğlu İmamverdiyevin üzərinə baxış keçirilib.

Baxış zamanı əynindəki şalvarın astarında gizlətdiyi 3 ədəd saxta 50 manatlıq pul əsginazı və 1 ədəd saxta şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.

Saxta əskinazlar və şəxsiyyət vəsiqəsi ilə əlaqədar təhqiqat materialları toplanılaraq aidiyyəti istintaq orqanına göndərilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1; 337; 120.2.4 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Qaybalı Əli oğlu Məhərrəmovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Nicat Kamil oğlu Alırzayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman plastik qabda olan böyürtkən mürəbbəsinin içərisində gizlədilmiş, 4 ədəd qara rəngli sellofana bükülmüş, xalis çəkisi 2.040 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.