Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

XİN-dən konsulumuzun dəbdəbəli həyat tərzinə reaksiya

2-06-2014, 11:54   
XİN-dən konsulumuzun dəbdəbəli həyat tərzinə reaksiya
“Səfirliyin nömrəsi ilə paylaşılan “Porşe Kayen Turbo” markalı avtomobil Riqadakı konsulumuz Nicat Sadıqovun şəxsi maşınıdır”.

Bu sözləri Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Riqadakı konsulumuz Nicat Sadıqovla bağlı yayılan informasiyaya açıqlama verərkən deyib.

O, hər bir diplomatın öz şəxsi avtomobilinin üzərinə diplomatik nömrə yerləşdirmək hüququna malik olduğunu deyib:

“Porşe Kayen Turbo” markalı avtomobil Nicat Sadıqovun özünə məxsusdur. Vyana Konvesiyasına uyğun olaraq, hər bir diplomat şəxsi avtomobilinin üzərinə diplomatik nömrə yerləşdirmək hüququna malikdir. Bu həmin diplomatın akreditə olunduğu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən verilir”.

Qeyd edək ki, Nicat Sadıqov Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovun oğludur. Bir müddət öncə saytımızda konsulun bahalı restoranlardakı şəkilləri və bahalı avtomobilinin fotoları yayımlanmışdı. Ən maraqlı məqam isə Nicat Sadıqovun şəxsi avtobilinin üzərində diplomatik yerləşdirilməsi idi.

XİN məşhur və bahalı “İlluzion” restoranın VİP qonağı kimi adı restoranın saytında yerləşdirilən ((Link təqdim olunur: http://www.illuzion.lv/ru/galereya), öz Feysbuk profilində yalnız dəliqanlı gənc həyatı yaşadığı görüntülənən N.Sadıqovun sosial-şəbəkədəki bu tip aktivliyinə aydınlıq gətirməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar