Daha bir ana və körpəsi doğum evində can verdi

2-06-2014, 11:55   
Daha bir ana və körpəsi doğum evində can verdi
Bu gün səhər saatlarında Suraxanı rayonu 3 saylı Doğum Evində ölüm hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Əhmədli qəsəbə sakini, ikinci hamiləliyini yaşayan Aynurə adlı gənc ana və körpəsi 3 saylı Doğum Evində qeysəriyyə əməliyyatı zamanı qan çatışmazlığından həyatını itirib.

Əməliyyatı həyata keçirən həkim Nəzakət Məmmədovanın əvvəlcədən əməliyyat üçün pul aldığı və xəstənin yaxınlarını arxayın saldığı, hazırda da ölən şəxsin doğmaları ilə böyük mübahisə yaşandığı bildirilir.

Suraxanı rayon 3 saylı Doğum Evindən özünü təqdim etməkdən imtina edən həkim bildirdi ki, xəstənin ölüm səbəbi başqadır:

“Mərhum qeysəriyyə əməliyyatı zamanı həyatını itirməyib. O və körpəsi embaliya xəstəliyi nəticəsində dünyasını dəyişib”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.