Saakaşvilidən təklif: ”Yuxarı vəzifələrə 25 yaşlıları götürün!”

2-06-2014, 11:56   

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın iqtidara gələn yeni siyasi qüvvələrinə dövlət aparatına 25-30 yaşlı gəncləri götürməyi məsləhət görüb.

O bildirib ki, əgər delə olarsa, Ukraynanı işıqlı və perspektivli gələcək gözləyəcək.

Onun sözləğrinə görə, rəsmi Kiyev gənclərə özlərini sınamlarına geniş imkan verməlidir:

”Ukrayna gənc nəsilə etibar etməlidir. Köhnə aparat kənara qoyulmalı, yeni struktur təşkil olunmalıdır. Hazırda dövlət strukturlarında 25-30 yaşlı gənclərə yaşıl işıq yandırılmalıdır. Gənclərə yeni ölkələrini qurmağa imkan verilməlidir. Bunun əksi baş verərsə, Ukraynanın gələcəyini işıqlı olmayacaq ”.

Saakaşvili qeyd edib ki, hazırda Ukraynanın inkişafını ləngidən məqam köhnə komandadan qalan yaşlı nəslin bürokrat nümayəndələridir. Onlar da insanları hər yerdə növbələrdə saatlarla saxlamağa məcbur edir.

Digər nöqsana toxunan siyasətçi bildirib ki, Ukraynanın ən böyük bəlalarından biri də korrupsiya hallarıdır: “Bu nöqsana qarşı əsaslı mübarizə aparmaq lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.