Erməni-türk protokolları məsələsi əsas vəzifələrimizdən biridir. Biz Türkiyəni sərhədləri açmağa çağırırıq və ümid edirik ki, Ankara protokolların ratifikasiyası üçün bir yol tapacaq.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Vaşinqtonun Türkiyə-Ermənistan yaxınlaşması prosesinin bərpası istiqamətində səyləri haqqında danışarkən deyib.
ABŞ-ın Türkiyə prezidentini 2015-ci ilin 24 aprel tarixində İrəvana səfər etməyə çağırış edib-etməyəcəyinə gəldikdə isə səfir Türkiyə baş nazirinin aprel bəyanatını irəliyə addım kimi dəyərləndirib və bu prosesdə daha faydalı olmağa çalışacaqlarını qeyd edib.
“Buna baxmayaraq, Türkiyənin prezidenti və baş naziri özləri qərar qəbul etməlidir”, - deyə o vurğulayıb.