Son bir həftə ərzində 10 yaxın adam aldadılıb, bir mənzil bir neçə nəfərə satılıb
Abşeron rayonunda daha bir qalmaqal yaşanır. JAM.AZ-a verilən məlumata görə, bu dəfə qalmaqala səbəb saxta ev alverçilərinin rayonda tüğyan etməsidir.
Məlumatda deyilir ki, bir qrup şəxs bir evi bir-neçə nəfərə sataraq onları aldatmaqla yanaşı, həm də onlara külli miqdarda ziyan vurub. Belə ki, bu işlə məşğul olanlar artıq açıq şəkildə bunu edirlər. Son bir həftə ərzində isə bir evin bir neçə nəfərə satılması halıyla 10-a yaxın adam üzləşib. Məsələ ilə bağlı yerli qurumlara edilən müraciətə isə baxan yoxdur.
Fırıldaqçılıqla məşğul olan dəstənin üzvlərinə qarşı tədbirin görülməməsi camaatda şübhə yaradıb. Onlarda belə bir fikir formalaşıb ki, bu işi görənlərin rəsmi qurumlarla bu və ya digər şəkildə əlaqələri var.
Məsələ ilə bağlı araşdırmamız davam edir.