Tümendə azərbaycanlılar yaralını xəstəxanada öldürdü

2-06-2014, 13:14   
Tümendə azərbaycanlılar yaralını xəstəxanada öldürdü
Rusiyanın Tümen vilayətindəki kafelərin birində azərbaycanlılar arasında başlayan qanlı dava-dalaş iki nəfərin ölümü ilə nəticələnib.

Kafedə baş vermiş dava-dalaşdan sonra iki yaralı 2 nömrəli vilayət xəstəxanasına aparılıb.

Tanışlarından birinin maşını ilə xəstəxanaya çatdırılan birinci yaralı - Azərbaycan vətəndaşı Ataş Qurbanov (şəkildəki gənc) xəstəxananın qəbul şöbəsində keçinib. Onun ardınca təcili yardım karetasında xəstəxanaya ikinci yaralı çatdırılıb.

Bu vaxt yenicə keçinən A.Qurbanovun qohumları birbaşa xəstəxananın foyesində ikinci yaralıya hücum edərək onu döyüblər, daha sonra çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetiriblər.

Həmin şəxsin kimliyi məlum deyil, ancaq bəzi məlumatlara görə, Gürcüstandan olan azərbaycanlıdır. Ehtimal olunur ki, A.Qurbanovu bıçaqlayan həmin şəxs olub və bu səbəbdən qohumları ondan bu cür amansızlıqla qisas alıblar.

Tümen hüquq-mühafizə orqanları bu cinayətlə bağlı araşdırma aparır, kafedəki dava-dalaşın iştirakçılarını ayrıd etməyə çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.