Rusiyanın nüvə arsenalı təhlükə qarşısındadır. Əgər Ukrayna istəməsə, Rusiyanın nüvə döyüş başlıqları hərəkətə gətirilə bilməz.
Rusiyanın qitələrarası ballistik raketi olan “Voyevoda” ölkənin nüvə başlığı daşıya bilən raket sisteminin 83 faizini təşkil edir. Bu raket ABŞ-ın raketdən müdafiə sistemini məhv edə bilən yeganə sistemdir. Lakin “Voyevoda” Ukrayna istehsalıdır.
Rusiyanın nüvə qalxanının əsas istehsalçısı Ukraynanın Dnepropetrovsk vilayətinin “Pivden” zavodudur. Elə “Voyevoda” raketləri də Dnepropetrovskun “Pivdenmaş” zavodunda hazırlanır. Nüvə partlayışı zamanı belə işləyə bilən raketin idarəetmə sistemi də Xarkovun “Xartron” zavodunda istehsal olunur.
Qərbin “Satana” adlandırdığı digər ballistik raket də Ukraynada hazırlanır.
Kremlin son vaxtlar dünyanı hədələdiyi bu qorxunc silahlar 70-80-ci illərdə hazırlanıb və həddindən artıq dəqiq qulluq tələb edir. “Voyevoda”lara vaxtaşırı olaraq “Pivden” və “Pivdenmaş”ın mütəxəssisləri qulluq edirdilər. Məhz onların sayəsində istifadə müddətləri on il əvvəl bitməsinə baxmayaraq bu raketlər hələ də işlək vəziyyətdədirlər. Əgər Ukrayna mütəxəssisləri onlara qulluq etməsələr, Rusiya bütün nüvə arsenalını itirəcək. Raketlər ən yaxşı halda uçmayacaq.