Bakıda şəxsi həyətlərdə çətənə kollarının becərildiyi aşkar edilib

2-06-2014, 13:36   
Bakıda şəxsi həyətlərdə çətənə kollarının becərildiyi aşkar edilib
Bakı sakinlərinin həyətlərindən narkotik xassəli bitkilər aşkar edilərək götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi (RPİ) 2-ci polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbə sakini Qüdrət Əhədovun yaşadığı evin həyətinə baxış zamanı çəkisi 105 qramdan artıq 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Maştağa qəsəbəsi Albalılıq-2 massivində yaşayan Füzuli Hüseynovun həyətindən aqrotexniki qulluq olunmuş çəkisi 160 qram olan 23 ədəd çətənə kolu aşkar olunub.
Narkotik vasitələrlə bağlı daha bir əməliyyat isə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Nərimanov RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tofiq Əhmədovdan 42 qramdan artıq tiryək götürülüb.
Hər üç fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.