Kriminal dünya silkələnir

2-06-2014, 13:38   

Moskva vilayəti üzrə Daxili İşlər İdarəsinin bildirdiyinə görə, “Timoxa” Moskva ətrafındakı Odintsovo rayonunda kilsəyə girərkən vurulub.

Xatırladaq ki, o, Rusiyanın ən nüfuzlu avtoritetlərindən hesab olunurdu. İlkin versiyalara görə “qanuni oğru”nun qətli kriminal dünyanın bossları tərəfindən hüquq-mühafizə orqanları ilə yaxın əlaqələrinə görə “sifariş” olunub.

Belə ki, 2014-cü ilin yanvarında polislər Timoşenkonu Moskvada, Ryazanski prospektdə həbs ediblər. Həmin vaxt “Timoxa” narkotik alqı-satqısına görə şərti cəza çəkirmiş və gecə vaxtı qeydiyyatda olduğu yerdən xeyli uzaqda ələ keçirilərərk şöbəyə gətirilir.

Şöbədə dindirilmə zamanı video çəkiliş gedir. İfadə verən zaman Timoşenko “qanuni oğru”adından imtina edir. Məhz bundan sonra digər “qanuni oğru”lar “Timoxa”nı satqınlıqda ittiham edirlər.

Timoşenkonun öldürülməsinin digər versiyası başqa bir qətllə bağlıdır. Belə ki, 59 yaşlı Timoşenkonun 1991-ci ildə ,Münhen şəhərində kriminal avtoritet Yefim Laskinin güllələnməsində əli olub. Buna görə Timoşenko Almaniya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin apellyasiya məhkəməsində bəraət ala bildi.

Odur ki, ikinci versiyaya görə “Timoxa”nı Yefim Laskinin adamları da güllələyə bilərdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.