Daşqınlar səbəbindən evakuasiya olunan sakinlərin sayı 24 minə yaxındır.
Altay vilayətinin rəhbəri Aleksandr Karlin vilayətin bütün orqanlarının rəhbərlərini daşqınla ən operativ şəkildə mübarizə aparmağı əmr edib.
Onun sözlərinə görə, daşqından əziyyət çəkənlərə hərtərəfli yardım göstərilir.
“Təbii fəlakətdən vilayətin 14 rayon və şəhərinin 60 yaşayış məntəqəsinin əhalisi əziyyət çəkib. Daşqının ziyan vurduğu ərazilərdən 23.7 min nəfər evakuasiya olunub, onların 5.1 min nəfəri uşaqlardır”, - deyə Karlin bildirib.
Artıq səhər saatlarından başlayaraq Biy, Katun, Çarış, Anuy və Pesçanaya çaylarında suyun azalması halı baş verib. Lakin bir çox iri şəhərlərdə - Barnaul və Biyskdə vəziyyət hələ də ağır olaraq qalır.
Qeyd edək ki, bir neçə gündür Rusiyanın Altay, Xakasiya və Tuva vilayətlərinin 14 regionunu sular altında qoyub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinin verdiyi məlumata görə, 7500-dən çox ev su altında qalıb.