Azərbaycanda “polis”lər şirkətdən 450 min manat oğurladı

2-06-2014, 16:34   
Azərbaycanda “polis”lər şirkətdən 450 min manat oğurladı
“Karat” MMC-dən oğurluq etmiş şəxs və ondan oğurluq etmiş saxta polislər tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətin-ə istinadən verdiyi məlumata görə, Abşeron rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə "Karat" MMC-dən oğurluq etdiyinə görə Ramil İmaməliyevin cari ilin may ayının 1-də 8-ci mikrorayon ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən "KİA" markalı avtomobilə oturdulub.

Onlar Ramil İmaməliyevi Xırdalan şəhərinin ərazisinə aparıblar. Orada ona hədə-qorxu gələrək oğurlanmış puldan 450 min manatının alınması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.