Makiyajınız tez dağılır? Bu problem xüsusilə yayda daha da aktuallaşır. ANS PRESS sadə və qalıcı makiyaj üçün bir necə sadə üsul təklif edir. Bu xırda detallarla gözəlliyinizi ön plana çıxara bilərsiniz.
Alt kirpiklərə tuş sürərkən göz ətrafına yayılmaması üçün plastik qaşıqdan istifadə edə bilərsiniz. Bunun üçün qaşığı tərsinə çevirərək alt kirpiklərin altına qoyun.
"Pişik gözü" kimi gözlərə sahib olmaq üçün layner və ya göz kölgəsindən öncə gözün kənarına yapışqan vasitə (skoç) yapışdırın. İşiniz bitəndən sonra onu asta-asta qoparın.
Köhnə tuş fırçalarını yenidən işlədə bilmək üçün onları isti suyun altına tutun. Su şəffaflaşana kimi gözləyin. İsti suyun sayəsində tərtəmiz olan fırçanızı yenidən uzun müddət işlədə bilərsiniz.
Dodaqların daha dolğun görsənməsi üçün yumşaq fırça ilə onları ehtiyatla masaj edin. Fırçadan öncə dodaq üçün nəzərdə tutulan balzamlardan istifadə etməyi unutmayın.
Gözlərinizin daha böyük görünməsi üçün içinə qara deyil, ağ qələm sürtün.
Göz kölgəsinin donuq göründüyünü düşünürsünüzsə, kölgədən öncə açıq rəngli korrektordan istifadə edin.
Kirpik buran vasitənizin daha effektiv təsir göstərməsi üçün istifadədən öncə onu fenlə bir az isidin.
Tonal krem alarkən onu üzdə yox, boğaz nayihəsində yoxlayın. Bununlada rəng fərqi yaranmayacaq.
Qaşlarınızın qalxıq görünməsi üçün qaşın alt hissəsinə ağ qələm çəkib barmağınızla yayın.
Laynerin tez yayılmasından şikayətiniz varsa alt kirpiyinizin altına pudra çəkin.
Tonal kremi aşağıdan yuxarı yox, əks istiqamətdə çəkin.
Gözünüzün daha cəlbedici, qaşınızın səliqəli və dik görünməsi üçün qaşın üzərinə nazik xətt şəklində korrektor sürtün və barmağınızla yayın.
Dodaq boyasının uzun müddət qalması üçün onu çəkəndən sonra nazik salfeti üzərinə qoyun və pudra vurun. Üç ölçülü görünüş vermək üçün də boyanan alt dodağın orta hissəsinə açıq rəngli pudra vurmaq olar.