Erməni politoloq: “Qarabağ 88-ci ilin vəziyyətinə qayıda bilər”

2-06-2014, 16:37   
Erməni politoloq: “Qarabağ 88-ci ilin vəziyyətinə qayıda bilər”
“Ermənistanın bu ittifaqda rolu Kalininqrad regionunun statusundan artıq deyil”.

Bu sözləri Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin koordinatoru Artur Sakunts deyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Ermənistanın Avrasiya İqtisadi Birliyi təşkilatına yalnız öz sərhədləri çərçivəsində qəbul olunacağı məsələsini şərh edən Artur Sakunts bildirib:

“Əslində, imzalanmış müqavilə SSRİ-nin bərpası istiqamətindədir. Gürcüstan tez bir zamanda buna adekvat olaraq Aİ ilə assosiativ saziş imzalayacaq. Azərbaycan və Ermənistan arasında gərginliyi saxlamaq Rusiyanın marağındadır və onların silahlandırılması məqsədli şəkildədir. Belorusiya və Qazaxıstan artıq Rusiya imperiya məkanına daxildirlər və bunu etiraf da edirlər. Onların gələcək niyyəti Sərkisyandan attaşe kimi istifadə edərək Azərbaycanı da Avrasiya İttifaqına daxil etməkdir. Təəssüf ki, Ermənistan bu proseslərdə heç bir rola malik deyil və səsvermə hüququ da yoxdur. Ermənistanın bu ittifaqda rolu Kalininqrad regionunun statusundan artıq deyil. Qarabağ Ermənistana olan təhlükələrin neytrallaşdırılmasında əsas rol oynayır. Qəribədir ki, Robert Köçəryan və Serj Sərkisyan Ermənistanın müstəqilliyini təhlükə altına qoymaqla artıq Qarabağla bağlı olan yeni təhdidlərin meydana çıxmasına səbəb oldular. Qarabağ ilk dəfə Ermənistanın “uzaqgörən” siyasətinin nəticələrini öz üzərində hiss etməyə başladı. Qarabağda təhlükəli inkişaf prosesi başlaya bilər ki, bizi yenidən 1988-ci ilə gətirib çıxara bilər. Bu da dolayısı ilə Putinin imperial hədəfləri içərisindədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.