19 yaşlı qadın yeni doğulan körpəsini suda boğduqdan sonra yandırıb.
Belə ki, 19 yaşl Lataşa Vilson çalışdığı şirkətin tualetinda doğub. O, yeni dünyaya gələn körpəsini tualetdə boğub. Qadın daha sonra körpənin cəsədindən xilas olmaq üçün onu yandırıb. Lakin polis dəhşətli cinayətin üstünü açıb.
Polislər körpənin cəsədini tapan zaman uşaq tanınmaz halda olub. Aparılan araşdırmalar zamanı məlum olub ki, uşaq dünyaya gələn zaman sağlam olub. Onun sonradan suda boğulduğu bilinib.
Polislərin araşdırmaları zamanı məlum olub ki, dəhşətli cinayətdə uşağın atası da anaya yardım edib. Məlum olub ki, Lataşa Vilson uşağın atası Zakari Kaster adlı şəxslə birlikdə körpəni yandırıb.
Lataşa Vilson saxlanılıb. Məhkəmənin qərarı ilə onu 30 il azadlıqdan məhrum ediblər.