2016-cı ildə Dünya Xəbər Agentliklərinin Konqresi Bakıda keçiriləcək. ANS TV-nin məlumatına görə, Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilir. İclas 2016-cı ildə “AzərTAc”ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin Konqresinə hazırlıq məqsədilə təşkil edilib.
Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn deyib ki, bu işin görülməsi əslində böyük məsuliyyət tələb edir. İclasda Avropa və Rusiya xəbər agentliklərinin rəsmi şəxsləri də var.
Dünya Xəbər Agentlikləri Konqresinin sədri Abdullah bin Fəhd əl-Hüseyn deyib ki, konqresin məqsədi qərəzsiz xəbər çatdırılmasını təmin etmək, mətbuat azadlığı prinsipini dəstəkləmək və xəbər anlayışına töhfə verməkdən ibarətdir. "Bugünkü iclasda növbəti konqresin keçiriləcəyi vaxt, iştirakçıların tərkibi, tematik çərçivələr, məruzəçilər və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri yer alıb və bu istiqamətdə müzakirələr aparılacaq.