Abxaziyanın baş naziri Leonid Akabreya istefa verib. ANS PRESS-in məlumatına görə, bu barədə prezident səlahiyyətlərini müvəqqəti icra edən, parlamentin spikeri Valeri Bqanda açıqlama verib.
Onun sözlərinə görə, baş nazirin vəzifələrini müvəqqəti olaraq maliyyə naziri Vladimir Delba icra edəcək. Nazirlər kabineti seçkilərə qədər səlahiyyətlərini icra edəcək.
Xatırladaq ki, mayın 27-də müxalifət Suxum şəhərinin mərkəzində izdihamlı etiraz aksiyası keçirib. Etirazçılar “prezident”, “hökumət”, “baş prokuror” və Abxaziyanın bir neçə şərq rayonlarının icra başçılarının istefasını tələb ediblər.
Qeyd edək ki, Abxaziya Gürcüstandan ayrıldığını elan etsə də, ancaq bir neçə ölkə onu tanıyıb.