Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda beysbol dəyənəkləri ilə məhəlləyə hücum edən harınlamışlar kimlərdir?

2-06-2014, 16:50   
Bakıda beysbol dəyənəkləri ilə məhəlləyə hücum edən harınlamışlar kimlərdir?
Nərimanov rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, təxminən 30 nəfərin iştirak etdiyi dava ilə bağlı 13 nəfər tutulub. Dava iştirakçıları mübahisəyə “Mecedes”, “Range Rover”, “Mercedes-Galendegaven”, “Niva”, “BMW X6” markalı avtomobillərdə gəliblər.

Beysbol dəyənəkləri ilə silahlanmış şəxslərlə yerli sakinlər arasında dava düşüb. Bu zaman onlardan biri tapança ilə havaya 2 atəş açıb.
“BMW X6” markalı avtomobilin sürücüsünün kimliyi də məlum olub. O, Fuad Tariyel oğlu Axundovdur.

13:15

Bakının Nərimanov rayonunda “BMW X6” markalı avtomobilin sürücüsünün saldığı dava ilə bağlı 6 nəfər saxlanılıb. Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinə verilib. Hadisənin üstündən iki gün keçsə də, 30-40 nəfərlik dava ilə bağlı polis tərəfindən heç bir açıqlama verilmir.

“Çermet” qəsəbəsində baş vermiş hadisəyə “BMW X6” markalı avtomobilin sürücüsünün avtoxuliqanlığı səbəb olub. Davaya xeyli insan qoşulub, havaya atəş açılıb. Hadisədən sonra 6 nəfər həbs olunub, bir nəfərin adı belə açıqlanmır. Nərimanov Rayon Polis İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən bu hadisə ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmadı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar