Ukraynanın Donetsk şəhərindəki separatçılar arasında qiyam baş verib.
Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qondarma Donetsk Xalq Respublikasının rəhbərliyi blok-postlarda dayanan separatçılara pul ödəməkdən imtina edib.
Məlumata görə, separatçılara verilən pullar indi Çeçenistan və Osetiyadan gələn muzdlulara verilir. Bu da yerli separatçıların ciddi narazılığına səbəb olur. Blok-postları qoruyanlar onlara verilən 50-100 dollarlıq məbləği ala bilmədikləri üçün postları tərk edir.
Şahidlərin sözlərinə görə, artıq separatçılar arasında parçalanma yaranıb. Əksəriyyəti postları tərk edərək evlərinə qayıdıb. Bəzilərini isə zorla saxlayaraq pulsuz döyüşməyə məcbur edirlər. Bəzi narazı separatçılar Ukrayna ordusuna məlumatlar ötürməyə başlayıblar.