“Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır”.
Bu sözləri Ermənistanın Respublika Partiyasının deputatı Artak Davtyan Astanada baş tutan Avrasiya İttifaqındakı görüşü şərh edərkən söyləyib.
O, İlham Əliyevin göndərdiyi məktuba ən yaxşı cavabın susmaq olduğunu bildirib:
“Təbii ki, Nazarbayevin sözlərini eşitmək xoş deyildi. Lakin buna baxmayaraq, görüş, bu sualı müzakirə etmək formatında uyğunsuz oldu. Həmin vəziyyətdə ən yaxşı cavab məhz susmaq idi. Qazaxıstanın da mübahisəli məsələri var, vaxt gələcək Ermənistan tutarlı cavab verəcək. Qazaxıstan və Azərbaycanı kommersiya maraqları bir-birinə bağlayır”.
Xatırladaq ki, mayın 29-da Astanada Avrasiya İttifaqının yaradıldığı bəyan edilib. Tədbirdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ermənistanın yalnız bu təşkilata öz sərhədləri çərçivəsində qəbul olunacağını bildirib və bununla bağlı İlham Əliyevin Avrasiya İttifaqının təsisçisi olan ölkə rəhbərlərinə müraciət göndərdiyini qeyd edib.