Dörd yaşlı uşaq ailəni “zibil”ə saldı

2-06-2014, 17:56   
Dörd yaşlı uşaq ailəni “zibil”ə saldı
Cənubi Koreyaya səyahətə çıxan çinli ailənin tətili burunlarından gəlib.

Atasının pasportunu ələ keçirən dörd yaşındakı uşaq pasportun ön səhifəsini boyama kitabı olaraq istifadə edib. Atasının fotoşəkilinə hətta saqqal da çəkən kiçik uşaq foto ilə yanaşı, pasportu da tanınmaz hala salıb.

Nəticədə pasport istifadəsiz hala düşüb.

Dörd yaşlı oğulunun yaramazlığının qurbanı olan ata Cənubi Koreyadan çıxa bilməyib. Pasportunun oğlu tərəfindən tanınmaz hala salınan fotosunu Çinin sosial şəbəkələrindən birində paylaşan ata ölkəsinə qayıtmaq üçün yeni pasportunun hazırlanmasını gözləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.