Tərtərdə ilanlar evə basqın etdi

2-06-2014, 17:59   
Tərtərdə ilanlar evə basqın etdi
Tərtər rayonu, Qaradağlı kənd sakini Ramin Qaraşovun evinə ilanlar hücum edib.

ANS PRESS-in məlumatına görə, ilanları ilk dəfə evin 7 yaşlı oğlu yataq otağında görüb və dərhal atasına xəbər verib.

R. Qaraşov isə evə hücum edən 2 ilanı öldürüb. Evin əşyalarının bir qismi çölə çıxarılıb.

Ev sahibinin sözlərinə görə, bu barədə kənd icra nümayəndəliyinə məlumat veriblər, amma heç kəs onların şikayətlərinə baxmayıb.

Qeyd edək ki, iki otaqdan ibarət olan evin döşəməsi torpaqdır. Ailə başçısı imkansızlıq səbəbindən evin döşəməsini təmir etdirə bilmədiklərini söyləyir.

Ev sahiblərinin iki gündür ki, həyətdə gecələdiyi bildirilir.

Kənd baytarlıq idarəsinin nümayəndələri sözügedən evə gəliblər və ilanlara qarşı dərmanlama işləri aparıblar.

İdarənin rəhbəri Fizuli Quliyev isə qeyd edib ki, işğal altında olan meşə massivlərimizdə erməni tərəfi yanğınlar törədib və nəticədə vəhşi heyvanların köçü baş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.