Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Firuz Nəsirov geri qaytarılıb.
Bu barədə saytımıza jurnalist Akif Nəsirov məlumat verib:
“Məlumat almışam ki, ayın 30-u Qırmızı Körpüdən keçmək istəyib. Amma saqqalına görə buraxmayıblar. Deyiblər ki, “get, saqqalını qırx, sonra gələrsən!” İndi də Bakı-İstanbul reysinə adına bilet sifariş edilib. Biletin tarixi və kim tərəfindən sifariş edildiyi barədə məlumatım yoxdur. Əgər gizli yolla ölkəni tərk etməyibsə, hələ Azərbaycandadır”.
Xatırladaq ki, saytımıza açıqlamasında Akif Nəsirov mayın 28-dən sonra qardaşından xəbər olmadığını demişdi. O, qardaşının vəhabilər tərəfdən öyrədilərək, Suriyaya göndərildiyi düşüncəsindədir.