Həkim xəbərdarlığı: "Vikipediyanı oxumayın!"

3-06-2014, 10:34   
Həkim xəbərdarlığı: "Vikipediyanı oxumayın!"
Həkimlər Vikipediyada tibbi sahə ilə bağlı məqalələri oxumağı qadağan edib.

Dünyanın ən böyük onlayn-ensiklopediyası olan Vikipediyada sağlamlıqla bağlı məqalələrin 90 faizi etibarlı deyil. Bunu "Journal of the American Osteopathic Association” jurnalında dərc olunmuş tədqiqatların nəticələri göstərib.

Amerikalı alimlər 10 xəstəlik – astma, depressiya, ağ ciyər xərçəngi, şəkər, ürək, osteoartrit, bel nahiyəsi və digər problemlər üzrə məlumatları tutuşdurublar. Nəticədə məqalələrin əksəriyyətində ciddi səhvlərə yol verildiyi aşkar olub.

Bəzi həkimlər isə ümumiyyətlə interneti tibbin təhlükəli düşməni hesab edirlər. Dünyada hər hansı bir xəstəliklə bağlı simptomların axtarışı və hətta özünümüalicə üçün şəbəkəyə müraciət edənlərin sayı getdikcə artmaqdadır.

İpoxondriklər (bir və ya bir neçə xəstəliyə tutulmaq ehtimalından daim narahat olan insan) yeni nəsli mütəxəssislərdən daha çox internet-forumlara etibar edir ki, bu da həkimlərin işini çətinləşdirir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.