Bakıda piyada keçidinin uçması faktı ilə bağlı cinayət işi açılıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün saat 18.40 radələrində Bakı-Salyan yolu - 32-nin qarşısında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada körpüsünü dağıdıb. Hadisəni törədən sürücü tutulub. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.