Səlim Müslümovun nazirliyi şikayətlərin statistikasını açıqladı

3-06-2014, 10:58   
Səlim Müslümovun nazirliyi şikayətlərin statistikasını açıqladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi quruma edilən şikayətlərin statistikasını açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, “qaynar xətt” xidmətinə edilən müraciətlər 3 dəfə azalıb.

Ötən ay əlillik və reabilitasiya məsələləri ilə bağlı 35 müraciət daxil olub. Dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 368 müraciət daxil olub. Məşğulluqla bağlı 17, əmək hüquqlarının təminatı ilə əlaqədar 21 şikayət edilib. Müraciətlərin əksər qismi son vaxtlarda nazirliyin fəaliyyət sahələrində aparılan islahat tədbirləri, habelə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərlə əlaqədar sorğu xarakteri daşıyıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.