İspaniyanın 60 şəhərində minlərlə insan küçələrə çıxıb. Onlar kral Xuan Karlosun taxtdan getməsindən sonra krallığın gələcək taleyinin referendumla təyin edilməsini tələb edirlər.
Insanlar ikinci İspan respublikasının bayrağını qaldırıblar. Onlar vəliəhd Felipenin taxta çıxmasına etiraz edir, ölkənin respublikaya çevrilməsini tələb edirlər.
Ölkədəki üç siyasi partiya - "Birləşmiş solçular", "Biz bacararıq" və "Ekuo" partiyaları respublika quruluşunu tələb edən aktivistlərin tərəfinə keçiblər.