Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaranların yeni sayı açıqlandı

3-06-2014, 14:55   
Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaranların yeni sayı açıqlandı
Azərbaycanda hazırda 1 200 400 qaçqın, məcburi köçkün və qaçqın statusu almaq istəyən şəxs var.

Onların 350 min nəfəri Ermənistandan, 788 950 nəfər işğal edilmiş ərazilərdə olan məcburi köçkünlərdir, 60 min nəfər Ahıska türkləri, 1500 nəfər isə qaçqın statusu almaq niyyətində olan, sığınacaq axtaran digər ölkələrdən gəlmiş əcnəbilərdir.

Bunu modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Dövlət ehtiyacı ilə əlaqədar və komitə tərəfindən yeni yaşayış komplekslərinin tikilməsi ilə bağlı olan köçürülmələrin olduğunu vurğulayan E.Qədimovun sözlərinə görə, proses dövlət proqramına uyğun olaraq həyata keçirilir: “Proqramda hansı yerlərə köçürülmə nəzərdə tutulubsa, həmin ərazilərdə tikinti işləri aparılır və müvafiq olaraq köçürülmə həyata keçirilir. Digər köçürülmə Bakı şəhəri üzrə dövlət əhəmiyyətli obyektlərin tikintisilə bağlı zərurət yarandığı təqdirdə həyata keçirilir”.

O bildirib ki, bu köçürülmələri komitə müəyyənləşdirmir. “Bizə hazır, təmirli mənzillər alınıb verilir və komitə köçülürmə prosesini həyata keçirir. Bakı şəhərində bağça və məktəblərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi davam etdirilir. Proqrama uyğun olaraq ən son köçürülmə Gəncə şəhərində olub. Gəncədə salınan şəhərcikdə 25 ədəd 5 mərtəbəli yaşayış binası, 1200 yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, inzibati bina, musiqi məktəbi, həkim məntəqəsi və yanğın deposu tikilib. Müvafiq olaraq da məcburi köçkünlər həmin şəhərcikdə məskunlaşıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.