Zaqatalaya qar yağıb

3-06-2014, 14:59   
Zaqatalaya qar yağıb
Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın Zaqatala rayonu ərazisinə qar yağıb.

APA məlumatına görə, iyunun 2-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgədə küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb. İyun ayında həmin ərazilərə qarın yağması iqlim şəraitinə xarakterik deyil.

Güclü külək bölgədə bir sıra problemlər də yaradıb. Belə ki, gecə saatlarından Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.