Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin başı qalmaqaldadır. Arif Əliyevin verdiyi məlumata görə, ona qarşı millət vəkili haqsızlıq edib. Belə ki, qeyri-qanuni əmrlə akademiyanın əməkdaşı Arif Əliyevi işdən azad edib. Digər mənbənin məliumatına görə, akademiyada korrupsiya və rüşvət birbaşa rektorun göstərişi ilə həyata keçirilir. Hər il akademiyaya qəbul olunan hər bir tələbədən 3-4 min manat civarında rüşvət alınır. Eyni zamanda sesiya vaxtı rüşvətin piramidası o qədər genişlənir ki, az qala bu tendensiyanı bütün tələbələrə şamil etmək mümkünləşir. Millət vəkilinin əxlaqsız həyat tərzi barədə də məlumat verən mənbə çox vacib məqamlara toxundu(bu barədə sonra). Məlum və mümmalı əmrlə bağlı qarşı tərəf rektoru məhkəməyə verib. İşə bərpa və dəymiş ziyanın ödənilməsi. İş məhkəmədə araşdırıldığından bu barədə daha ətraflı sonra. Azerbaycaninfo.com-a verilən məlumata görə, İş hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə araşdırılır. Ağacan Əbiyevin rüşvətxor və əxlaqsız həyat tərzi eyni zamanda yazdığı əmrinin narazılıq doğuran tərəfləri ilə bağlı sensasion məlumatlar da var. Lakin məhkəmə getdiyindən mətləblərə və səbəblərə toxunmuruq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.