Tanınmamış İçkeriya-Çeçen Respublikası Nazirlər Kabinetinin sədri, hazırda Londonda mühacir həyatı yaşayan Əhməd Zakayev növbəti dəfə çeçenlərin Ukraynada savaşması məsələsinə aydınlıq gətirib.
Axar.az-ın məlumatına görə, jurnalistin bu yöndə suallarını emosional şəkildə cavablandıran Zakayev Çeçenistan rəhbəri Ramzan Kadırovu Kremlin kuklası, əlaltısı adlandırıb. Onun sözlərinə görə, bütün bu məsələlərin - çeçen muzdlularının Ukraynaya göndərilməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putin dayanır: “Kadırov isə kölədir, yuxarıdan gələn əmrləri yerinə yetirən kukladır”.
Zakayev bildirib ki, "Vostok" batalyonunun adının təkcə çeçenlərlə hallandırılması düzgün deyil. Çünki bu qrup Rusiya Daxili İşlər Nazirliyinin xüsusi bölmələdir. Deməli, bu batalyonun da arxasında duran Rusiya dövlətidir. O, təklif edib ki, məsələlərin ünvanı düzgün göstərilsə, deyilsə, işğalçı Rusiya daha tez ifşa olunacaq və dünya birliyi önündə qınaq obyektinə çevriləcək.
Kadırovun kimliyinə toxunan Zakayev bildirib ki, o, Putinin bölgədə bir qorxu alətidir; lazım gələndə Gürcüstanı, Azərbaycanı və Ermənistanı qorxuda bilsin: “Hazırda növbə Ukraynanındır”.
[media=http://www.youtube.com/watch?v=dd8xGCycbZY]