Rusiyanın paytaxtı Moskva şəhərində, Şeremetyovo hava limanında təyyarə yanır.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Hava limanının mətbuat xidmətinin rəhbəri Roman Qenis yanğının olması faktını təsdiqləyib. Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa cəhd edirlər.
Yanğın hava limanının işinə təsir etməyib. Təyyarə uzun müddət ərzində hava limanının dayanacağında qalıb. Hadisə zamanı onun göyərtəsində insan və hər hansı yük olmayıb.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.