Ağdamın yeni icra başçısının “Aqrolizinq“ ASC ilə problemi yaranıb

3-06-2014, 17:05   
Ağdamın yeni icra başçısının “Aqrolizinq“ ASC ilə problemi yaranıb
"Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri Əvəz Bayramov Ağdama yeni təyin olunmuş icra başçısı Raqub Məmmədovun göstərişlərini həyata keçirməkdən imtina edib. JAM.AZ xəbər verir ki, bu barədə PİA.AZ-a Ağdamdan daxil olan məlumatda bildirilir ki, taxıl biçinin başlaması ilə əlaqədar olaraq icra başçısı Raqub Məmmədov rayon sakinlərinin rəğbətini qazanmaq üçün "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri Əvəz Bayramovu yanına çağıraraq ondan taxıl biçininə görə əkinçilərdən hər hektara görə 27 manat alınmasını və bu qiymətdən yuxarı taxıl biçilməməsini tələb edib. İdarə müdiri icra başçısına söz versə də, sonradan öz sözünü tutmayıb.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, hazırda "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının kombaynları əkinçilərdən hər hektar taxıl sahəsinin bdiçilməsi üçün 45 manat alır. Bu isə əslində əkinçilərin ziyan etməsi ilə nəticələnir. Bildirilir ki, hazırda "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının texnkaları Əvəz Bayramovun tapşırığına əsasən bu qiymətdən aşağı heç kimin taxılını biçmir və ödənişi əvvəlcədən tələb edir. Məsələ ilə bağlı icra başçısı Əvəz Bayramovu çağırıb tənbeh etmək isətəsə də, "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri bildirib ki, o, işlətdiyi texnikalara görə Bakıya «hesabat» verir və buna görə də qiyməti məhz Bakıdan təyin edirlər. Bundan sonra isə icra başçısı ilə "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri münaqişə yarandığı və buna baxmayaraq, Əvəz Bayramovun geri addım atmadığı qeyd olunur.

Həmçinin daxil olan məlumata görə taxıl biçinin gur vaxtında Əvəz Bayramov 3 ədəd kombaynı Şəkiyə yollayıb. Hər bir kombayna görə isə Əvəz Bayramovun 5 min manat icarə haqqını əvvəlcədən aldığı bildirilir. Məlumatda qeyd olunur ki, icra başçısı Raqub Məmmədov Əvəz Bayramovdan kombaynların geri gətirilməsini tələb etsə də, idarə müdiri bundan imtina edib. Bundan sonra isə Raqub Məmmədov kombaynların geri qaytarılması üçün Şəkiyə adam yollasa da, şəkililərin sadəcə həmin adamları qovducu bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.