Konqo Demokratik Respublikasında vəhşət dolu hadisələr yaşanıb. Sirrin üstü İngiltərəyə mühacirət edib, oradan sığınacaq istəyən 34 qadının verdiyi açıqlamadan sonra açılıb. Belə ki, bu ölkədə həbsxanaya düşmüş qadınların hamısı zorlamaya məruz qalıb. Əsgərlər tərəfindən zorlanan qadın məhkumların hamısı həbsdən çıxdıqdan sonra ciddi psixoloji problemlər yaşamağa başlayıb.
Məlumatda qeyd olunur ki, onlardan biri 18 yaşlı Lina isə daha dəhşətli vəziyyətə düşüb. Lina həbsə bəlli olmayan səbəblərdən düşüb. Onun 20-dən çox əsgər tərəfindən zorlandığı məlum olub. Üstəlik, bu hadisə qızın qohumlarının gözü qarşısnda baş verib.