Bakı dönərxanalarında qiymət döndü

3-06-2014, 17:39   
Bakı dönərxanalarında qiymət döndü
Bakıda dönərin qiymətinin qəfil düşməsi hər kəsdə maraq oyadıb
Artıq bir müddətdir ki, Bakıda əvvəllər iki manata yaxın olan dönərlərin qiyməti hazırda 1.00 və 1.60 manat arasında dəyişir.

Milli.Az xəbər verir ki, əsasən də, tələbələrin "məkanı" olan Elmlər Akademiyasının yaxınlğında yerləşən dönərxanalardakı qiymətlərin endirilməsi hər kəsdə maraq oyadıb.

Dönərxanalarda satılan dönərlərin qiymətinin aşağı düşməsi, onların istifadə etdiyi ətin keyfiyyətinin aşağı olması ehtimalını yaradır.

Məsələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev Milli.Az-a açıqlamasında dönərlərin satış qiymətinin aşağı düşməsinin səbəbini yay aylarında onlara tələbatın az olması ilə əsaslandırdı.

"Dönərə, əsasən, qış aylarında tələbat çox olur. Ancaq indi yay olduğuna görə, havalar isti keçir və dönər alanların sayı xeyli azalıb.

Güman etmirəm ki, dönərin qiymətinin aşağı düşməsinin səbəbi ətdə olan problemdir, hətta bazarda ətin qiyməti necə varsa, elə də qalıb. Sadəcə, sahibkarlar isti aylarda ətin tez xarab olamasını nəzərə alaraq onun qiymətini aşağı salır ki, tez satılsın.

Əgər hasısa bir dönərxanadan sakinlər xırda bir problemlə bağlı xəbər versələr, biz dərhal həmin yerdə araşdırma aparmağa hazırırq.

Alıcının dönər aldığı yerdən sertifikat belə istəməyə haqqı var" - İmran Abdullayev deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.