Ötən gün Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) təcridxanasında intihara cəhd baş verib.
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1985-ci il təvəllüdlü Həsənov Sərxan Sabrat oğlu intihar məqsədilə qaşıqla özünə xəsarət yetirib, sonra isə onu udub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxsə qarının ön divarının kəsilmiş cırılmış yarası və qarın boşluğu orqanlarında yad cisim aşkarlanması diaqnozu qoyulub.
İkin tibbi yardımdan sonra S. Həsənov Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Xaçmaz RPŞ-dən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, özünə xəsarət yetirən şəxs oğurluqda şübhəli bilindiyinə görə saxlanılıb. Hadisə ilə Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.